WhatsApp Plus Nedir?
WPLUS.MOBI olaraq istəyirik ki, gənclərimiz məşhur mesajlaşma proqramı olan whatsapp'ın qeyri rəsmi versiyası WhatsApp Plus'ı rahat yükləyə və istifadə edə bilsinlər. Saytımızda olan kontentlər tamamı ilə pulsuz, kodsuz və abunə hiyləsizdir. Reklamlara tıklamaqla siz bizə 1 dəfə təşəkkür etmiş sayılırsınız. Əməyə hörmət olaraq dəyərləndirin.
1 milyarddan çox aktiv istifadəçisi olan WhatsApp mesajlaşma tətbiqinin onlarla müxtəlif modifikasiya edilmiş versiyası mövcuddur. Belə mod versiyalardan biri də WhatsApp Plus JiMODs`dur. Digər WhatsApp Plus alternativləri ilə demək olar ki, eyni xüsusiyyətlərə malik olan tətbiqin bəzi fərqli xüsusiyyətləri də var. Müxtəlif rəngli temalar, yeni emojilər və daha bir çox funksiya. WhatsApp Plus`ın ən önəmli xüsusiyyətləri olan online vaxtını dondurmaq imkanından, mesaj görüldü / oxundu işarəsini deaktiv etmək imkanından bu versiyada da problemsiz istifadə edə bilərsiniz. Lakin qeyd edək ki, tətbiqdə Azərbaycan dili dəstəkli plus menusu mövcud deyil.
İstifadəçilərin ixtiyarına 2015-ci ildə verilən WhatsApp Plus hər gün daha çox insanın istifadə etdiyi bir tətbiq halına gəlir. İnkişaf etdirdiyi bazası və mövcud yeni xüsusiyyətləri ilə bir çox WhatsApp istifadəçisinin əvəzolunmaz tətbiqi olmağı bacarıb. Bəs bu WhatsApp Plus nədir? hansı əlavə xüsusiyyətləri var?
WhatsApp+ developer`lər tərəfindən modifikasiya edilmiş bir tətbiqdir. Bu tətbiq əslində normal WhatsApp kimidir, lakin bir çox əlavə funksiyası olduğu üçün demək olar ki, hər kəsin seçim etdiyi versiyalardan biridir. Bu versiyada olan xüsusiyyətlər sayəsində bir çox istəyinizi yerinə yetirə bilərsiniz. Online vaxtını dondurmaq, mavi oxundu işarəsini gizlətmək, mesajı tək xətt saxlamaq kimi bir çox funksiyadan yararlana bilərsiniz. WhatsApp üçün çoxlu belə alternativ mod versiya mövcuddur. Alternativlərindən fərqli olaraq bu mod versiyada heçbir reklam yerləşdirilməsi yoxdur, tamamən reklamsızdır. Qeyd edək ki, adi WhatsApp`dan fərqli olaraq bu versiyanı Play Store`dan yükləmək mümkün deyil, ancaq narahat olmayın tətbiqin hər zaman ən yeni versiyasını saytımızdan pulsuz yükləyə biləcəksiniz. Yükləmə linki səhifənin aşağısındadır.
WhatsApp Plus`ın Gizlilik Parametrləri: Tək xətt. WhatsApp Plus sayəsində sizə göndərilən mesajda qarşı tərəfə görünən 2 xətt mesaj çatdı işarəsini deaktiv edə bilərsiniz, yəni sizə mesaj göndərən şəxs mesajın sizə çatdığını, onu gördüyünüzü anlaya bilməz, mesaj tək xətt qalacaq. Online vaxtı. Bir çox WhatsApp Plus Android istifadəçisi sırf bu xüsusiyyət üçün bu versiyanı seçir. WhatsApp Plus ilə online vaxtını dondurmanız mümkündür. Online vaxtını dondurduğunuz zaman heçkim sizin online olduğunuzu görə bilmir. Qarşı tərəf sadəcə sizin son çıxış tarixinizi görür, online olsanız belə. Mavi mesaj oxundu işarəsi. Bu funksiya sayəsində gələn mesajı oxusanız belə qarşı tərəf bunun fərqinə vara bilməyəcək. Bu funksiya aktiv olduğu zaman sizə gələn mesajı oxusanız belə qarşı tərəfə 2 xətt mavi oxundu işarəsi görünməyəcək. Yazır işarəsi. WhatsApp Plus ilə mesaj yazarkən qarşı tərəfə görünən “yazır” işarəsini deaktiv edə bilərsiniz. Narahat olmayın qarşı tərəf sizi yazarkən görməsədə siz onu görə biləcəksiniz. Səs Yazılır. Səs yazarkən qarşı tərəfə görünən “səs yazılır” işarəsini gizlədə bilərsiniz. Mavi Mikrafon. Göndərilmiş səsli ismarıcı dinlədiyiniz zaman qarşı tərəfə görünən mavi mikrafon işarəsini deaktiv edə bilərsiniz. İsmarıcı dinləsəniz belə qarşı tərəf bunu bilməyəcək. Status. WhatsApp`ın yeni funksiyası status(story) üçün olan bu parametri aktiv etdiyiniz zaman digər istifadəçilər tərəfindən əlavə edilən hekayələrə gizlin baxa bilərsiniz. Qarşı tərəf onun hekayəsinə baxdığınızdan xəbər tutmayacaq. WhatsApp Plus`ın Üstünlükləri: Temalar. WhatsApp Plus ilə normal versiyada öyrəşdiyimiz görünüşü dəyişə bilərsiniz. Bir-birindən müxtəlif temalar ilə WhatsApp`a canlı bir görünüş gətirmək öz əlinizdədir. Tema mağazasından istədiyiniz temanı yükləyə və ya öz zövqünüzə uyğun özünüz düzəldə bilərsiniz. Mesajlaşma Ekranı. Mesajlaşma ekranındakı rəngləri, ölçüləri, formaları, bildiriş işarələrini və s. şeyləri bu dəyişə bilərsiniz. Bildirişlər. Bildiriş parametrlərini dəyişə bilərsiniz. Widgetlər. Widgetləri tənzimləyə bilərsiniz. Media Modları. Şəkil və video göndərmə parametrlərini tənzimləyə bilərsiniz. Daima Online Modu. Bu mod ilə WhatsApp`dan çıxsanız belə online görünərsiniz. Müxtəlif Dil Seçimi. Azərbaycan dili də daxil olmaqla WhatsApp`ı müxtəlif dillərdə işlədə bilərsiniz. Təşəkkürlər.