Android və iOS platformalarının ən populyar mesajlaşma tətbiqi olan WhatsApp`ın müxtəlif modifikasiya olunmuş versiyaları mövcuddur. WhatsApp`ın bu cür MOD versiyaları adətən WhatsApp`ın orijinal versiyasında olmayan çox sayda funksiyalar ilə istifadəçilərin diqqətini çəkir. Belə tətbiqlərdən biri də Azərbaycanlı developer tərəfindən modifikasiya olunmuş WhatsApp AzerPRO`dur.
WhatsApp AzerPro ilə rəsmi versiyada olmayan müxtəlif funksiyalardan istifadə edə bilərsiniz. Eyni zamanda müxtəlif temaları tema mağazasından yükləyərək WhatsApp`ınızı istədiyiniz formada dizayn edə bilərsiniz. Yenilənmiş AntiBAN ilə bu MOD`da ban olunma ehtimalı da olduqca aşağıdır. WhatsApp AzerPro`nu səhifənin aşağısındakı yükləmə linkinə keçid edərək yükləyə bilərsiniz. Qeyd edək ki, bu versiyada qeydiyyatdakı problem aradan qaldırılmışdır və tətbiq android versiyası 4.2.2 və üstü telefonlarda problemsiz işləyir.
Təhlükəsizlik ilə bağlı tez-tez verilən bir suala da aydınlıq gətirək, göndərilən və qəbul edilən bütün mesajlar, fayllar birbaşa WhatsApp serverləri vasitəsilə göndərilir. Heç bir mesaj üçüncü tərəfə verilmir. Bütün mesajlar orijinal WhatsApp`da olduğu kimi tam şifrələmə ilə şifrələnir.
Qeyd: Android versiyası 4.2.2 olan istifadəçilər AzerPro 1 və AzerPro 5 versiyalarını yükləyib problemsiz istifadə edə bilərlər.
WhatsApp AzerPRO`nun əsas üstünlükləri:
Eyni telefonda iki WhatsApp hesabından istifadə etmək imkanı verir.
Mesajlaşma tətbiqinizin interfeysini fərdiləşdirmək üçün onlarla tema var.
Rəngləri, nişanları, ölçüləri və bir çox detalları fərdiləşdirmək imkanı verir.
WhatsApp AzerPRO`da göndərə biləcəyiniz videoların ölçüsü 16 MB deyil, 30 MB-dır.
Bir dəfəyə göndərə biləcəyiniz şəkillərin sayı 10 deyil, 90-dır.
WhatsApp vasitəsilə göndərilən şəkillərdə keyfiyyət itkisi olmur.
Statusunuz üçün simvol limiti 139 deyil, 250-dir.
WhatsApp`da sizə kimin zəng edə biləcəyini seçə bilirsiniz.
WhatsApp ilə gələn media fayllarını qalereyada gizlədə bilirsiniz.
Bir çox gizlilik funksiyaları (online vaxtını dondurmaq, mavi oxundu işarəsini gizlətmək və s.) var.
Suala baxanlar (1)
Bütün suallar (9)