1 milyarddan çox aktiv istifadəçisi olan WhatsApp mesajlaşma tətbiqinin onlarla müxtəlif modifikasiya edilmiş versiyası mövcuddur. Belə mod versiyalardan biri də WhatsApp Plus JiMODs`dur. Digər WhatsApp Plus alternativləri ilə demək olar ki, eyni xüsusiyyətlərə malik olan tətbiqin bəzi fərqli xüsusiyyətləri də var. Müxtəlif rəngli temalar, yeni emojilər və daha bir çox funksiya. WhatsApp Plus`ın ən önəmli xüsusiyyətləri olan online vaxtını dondurmaq imkanından, mesaj görüldü / oxundu işarəsini deaktiv etmək imkanından bu versiyada da problemsiz istifadə edə bilərsiniz. Lakin qeyd edək ki, tətbiqdə Azərbaycan dili dəstəkli plus menusu mövcud deyil.
WhatsApp Plus JiMODs`un Əsas Üstünlükləri:
Daha Rəngli – Daha dolğun rəngli temalar, dəyişdiriləbilər ölçülər, düymələr və s.
Daha Böyük Ölçüdə Fayl Yükləmə Limiti – Digər istifadçilərə daha böyük həcmli videolar, mahnılar və müxtəlif fayllar göndərə bilərsiniz.
Daha Keyfiyyətli Şəkillər – Dostlarınıza göndərdiyiniz şəkillər daha keyfiyyətli, orginal keyfiyyətində olacaq.
Reklamsız WhatsApp Plus İstifadəsi – Tətbiqdə heç bir reklam yoxdur.
Sürətli Paylaşım – Dostlarınızla fayllarınızı tək kliklə paylaşa bilərsiniz.
Kopyala / Əlavə Et – Mesajlardan istədiyiniz hissəni daha asan kopyalayıb dərhal başqa istifadəçiyə göndərə bilərsiniz.
Profil Şəklini Gizlətmək İmkanı – İstədiyiniz zaman kontaktdakıların profil şəkkillərini gizlədə və yaxud onun yerinə başqa şəkil əlavə edə bilərsiniz.
Temalar – İstədiyiniz temanı mağazadan önizləmə etdikdən sonra asanlıqla yükləyib tətbiq edə bilərsiniz.
Nə üçün orijinal WhatsApp yerinə JiMODs`u seçək?
Əlbəttə həmişəki kimi təhlükəsizliyə daha çox önəm verən istifadəçilərə WhatsApp`ın orijinal versiyasını məsləhət görürük. Lakin, WhatsApp`da daha çox azadlıq istəyənlər üçün MOD versiyalar əvəzolunmazdır. “Nə üçün WhatsApp JiMODs?” sualına aşağıda cavab tapa bilərsiniz:
Eyni telefonda iki WhatsApp hesabından istifadə etmək imkanı verir.
Mesajlaşma tətbiqinizin interfeysini fərdiləşdirmək üçün onlarla tema var.
Rəngləri, nişanları, ölçüləri və bir çox detalları fərdiləşdirmə imkanı verir.
JiMODs`da göndərə biləcəyiniz videoların ölçüsü 16 MB deyil, 30 MB-dır.
Bir dəfəyə göndərə biləcəyiniz şəkillərin sayı 10 deyil, 90-dır.
WhatsApp vasitəsilə göndərilən şəkillərdə keyfiyyət itkisi olmur.
Statusunuz üçün simvol limiti 139 deyil 250-dir.
Bir çox gizlilik funksiyaları (online vaxtını dondurmaq, mavi oxundu işarəsini gizlətmək və s.) var.
Suala baxanlar (1)
Bütün suallar (9)